
Hər gün banan yemək ziyanlıdır?

Banan dünyanın ən çox sevilən və faydalı meyvələrindən biridir.
Metbuat.az xəbər verir ki, onun tərkibində kalium, maqnezium, C vitamini, lif və digər vacib qida maddələri var. Bu səbəbdən banan ürək-damar sağlamlığını qorumaq, həzmi yaxşılaşdırmaq və enerjini artırmaq üçün çox faydalıdır. Lakin hər gün, xüsusilə də həddindən artıq banan yeməyin bəzi mənfi tərəfləri də ola bilər.
Bananın faydalarına gəlincə, kaliumla zəngin olduğu üçün təzyiqi tənzimləyir, həzm sistemini yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Enerji verir və idmanla məşğul olanlar üçün güclü qida mənbəyidir. Stressi və yorğunluğu azaldır.
Lakin gündə bir neçə ədəd çoxlu banan yemək bədəndə kaliumun həddindən artıq yığılmasına səbəb ola bilər ki, bu da hiperkalemiya adlanan vəziyyət yaradır. Nəticədə ürək ritmində pozğunluqlar, əzələ zəifliyi meydana çıxa bilər. Şəkərli diabetdən əziyyət çəkənlər üçün hər gün çox banan yemək qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Həddindən artıq istifadə piylənməyə gətirib çıxara bilər, çünki banan kalori baxımından nisbətən yüksək meyvədir.
Oxşar xəbərlər

Meyvələri bu saatda yeməyin, yoxsa...
Tibbi məlumatlar

Məşhur müğənni çılpaq yemək yeyir
Xəbər Anı

Niyə balığı qatıqla yemək olmaz?
Tibbi məlumatlar

Balıqla qatığı eyni anda yemək zəhərlənməyə səbəb...
Tibbi məlumatlar

Tanınmış aparıcı xərçəngə qalib gəldi -Efirə qayıt...
Bugun.az

Sənət əsəri tullantı qutusuna atılıb
Bugun.az