
HƏMAS və İsrail arasında danışıqlar keçirilir

Misirdə ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlara start verilib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” məlumat yayıb.
HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü sülh təşəbbüsünə cavab təqdim edib. Məlumatda bildirilir ki, təşkilat Qəzza zolağının idarəçiliyini texnokrat hökumətə təhvil verməyə və fələstinli məhbusların azad olunması müqabilində bütün israilli əsirləri azad etməyə razılıq verib.
Tramp HƏMAS-ın cavabını müsbət qarşılayaraq İsraili dərhal bombardmanı dayandırmağa çağırıb. Lakin mənbənin məlumatına əsasən, cavabın təqdim olunmasından sonrakı 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həyatını itirib.
Oxşar xəbərlər

ABŞ HƏMAS-la gizli danışıqlar aparıb - KİV
Bugun.az

HƏMAS atəşkəs təklifini qəbul etdi
Bugun.az

İsrail HƏMAS-ın rəhbər şəxslərindən birini öldürdü
Bugun.az

HƏMAS-ın komandiri öldürüldü
Bugun.az

Atəşkəsin əldə olunmasında Türkiyənin böyük rolu o...
Bugun.az

HƏMAS-ın yüksək vəzifəli şəxsi maşınında öldürüldü
Bugun.az