
Günəşdə güclü partlayış oldu

Bu gün Günəşdə güclü, lakin təhlükəli olmayan “M” kateqoriyalı partlayış baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat dərc olunub. “19 may Moskva vaxtı ilə 11:21-də (Bakı vaxtı ilə 12:21) rentqen diapazonunda 13 dəqiqə davamlı M3.2 partlayışı qeydə alınıb. Partlayış Yer üçün təhlükə yaratmır. Yerə təsir baxımından proqnoz mənfidir – ötən dəfə olduğu kimi, fəallıq Günəşin ən kənar hissəsində alovlanır və buradan Yerə yalnız super sıçrayış çata bilər. Hələlik isə (Yerə görünməyən) fəal sahənin həftənin ikinci yarısına qədər adi hadisələrlə Yerə təsir göstərə biləcəyi ehtimalı çox azdır”, – məlumatda deyilir.
Oxşar xəbərlər

Dəməşqdə iki güclü partlayış oldu
Bugun.az

Qonşu ölkədə güclü partlayış oldu -YENİLƏNİB
Bugun.az

Mingəçevirdə partlayış oldu - Ölən var
Bugun.az

Güclü partlayış: Çox sayda ölən var
Xəbər Anı

İtaliyada güclü partlayış baş verdi - Ölənlər var
Bugun.az

Binada partlayış:
AzMedia