
Göyərtəsində 5 nəfər olan təyyarə itdi

Boliviya hakimiyyəti hərbçilərə göyərtəsində 5 nəfərin olduğu ölkənin şimalında itən kiçik təyyarəni axtarmağı tapşırıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse telegram kanalında yazıb.
“Göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu “Cessna 172CP” təyyarəsinin itkin düşməsi ilə əlaqədar Fəlakətlərə Qarşı Birgə Hücum Komandanlığı və Silahlı Qüvvələrin axtarış-xilasetmə qrupları vasitəsilə dərhal axtarış aparılması barədə əmr vermişik. Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən itib”, - o deyib.
Boliviya Mülki Aviasiya İdarəsinin məlumatına görə, itən təyyarənin pilotu aprelin 30-da qəza siqnalı verib və o vaxtdan bəri əlaqə saxlamayıb. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.
Oxşar xəbərlər

Təyyarə okean üzərində burulğana düşdü - Xəsarət a...
Bugun.az

Aktauda qəza yerində fövqəladə vəziyyət rejimi tət...
Bugun.az

İki təyyarə havada toqquşdu
Xəbər Anı

Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı:...
Son Xeberler

DƏHŞƏTLİ QƏZA:
Son Xeberler

"Yoldaşım da yanımda idi" - Təyyarədən sağ çıxan D...
Bugun.az