Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Fransa Ramallahda səfirlik aça bilər

28.08.2025 19:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
Fransa Ramallahda səfirlik aça bilər

Fransa hökuməti İordan çayının qərb sahilində səfirlik aça bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun İsrail-Fələstin məsələləri üzrə xüsusi nümayəndəsi Ofer Bronxteyn açıqlama verib. O, İsrailin “Kanal 12” televiziyasına Parisin Fələstin dövlətini tanımaq planını şərh edib. Nümayəndə bildirib ki, Fələstin dövlətini tanıdıqdan sonra Fransa hökuməti işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində səfirlik açmağı nəzərdən keçirir. Broxteyn İsrailin Qəzzaya planlaşdırdığı işğala da toxunaraq, Parisin bunun qarşısını almağa çalışdığını qeyd edib.

Makronun nümayəndəsi iddia edib ki, Qəzza işğal edilərsə İsrail beynəlxalq ictimaiyyətin güclü müqaviməti ilə üzləşəcək.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: