Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Fənərbaxça" dünya çempionatının ulduzunu transfer edir

26.06.2025 06:25 36 baxış sayı 1 dəq. oxuma Metbuat
"Fənərbaxça" dünya çempionatının ulduzunu transfer edir

"Fənərbaxça" yeni transferlər üçün fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, qapıçı Dominik Livakoviçin klubdan ayrılacağı iddia edilib. Məlumata görə, "Fənərbaxça" Dominik Livakoviçin alternativini Səudiyyə Ərəbistanında tapıb. Bildirilir ki, klub “Əl-Hilal”ın futbolçusu Yassine Bounounu transfer etmək istəyir. Yassine Bounounun meneceri eyni zamanda "Fənərbaxça"nın futbolçusu En-Nesirinin meneceridir. Futbolçular həmçinin Mərakeş millisində oynayırlar. Bu amillər futbolçunun "Fənərbaxça"ya transferini asanlaşdıra bilər. Həmçinin, klubun futbolçunun meneceri ilə təmas qurduğu və qapıçıdan razılıq aldığı iddia edilib.

Qeyd edək ki, Yassine Bounou Qətərdə keçirilən 2022-ci il dünya çempionatının ulduzları sırasında yer alıb. Mərakeş millisi onun uğurlu oyunu sayəsində yarımfinala yüksəlmişdi.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: