🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

02.09.2025 09:25 1 baxış sayı 1 dəq. oxuma
Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş: