Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəldi

02.11.2025 20:22 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Dünya Kuboku: Azərbaycanın iki şahmatçısı növbəti mərhələyə yüksəldi

Hindistanın Qoa ştatında keçirilən kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsi başa çatıb. Bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizə aparırdı. Sevindirici haldır ki, iki təmsilçimiz - Aydın Süleymanlı və Nicat Abasov növbəti mərhələyə yüksəldi.


Aydın Süleymanlı tailandlı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adladı. Lakin bütün təmsilçilərimiz üçün turnir uğurlu olmadı. Əhməd Əhmədzadə Hindistan şahmatçısı Surye Şexar Qanquliyə hər iki partiyada uduzdu və Dünya Kubokunu tərk etdi. Həmçinin, Read Səmədov İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0,5-1,5 hesabı ilə məğlub olaraq turnirlə vidalaşdı.


Dünya Kubokunda 1/32 final mərhələsinə noyabrın 4-də start veriləcək. Bu mərhələdə Azərbaycanın digər usta şahmatçıları - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da yarışa qoşulacaqlar. Məmmədyarov Macarıstandan olan Gerqeli Kantorla, Məmmədov isə Rumıniyalı Rasmus Sveynlə qarşılaşacaq. Turnirin noyabrın 26-da başa çatması gözlənilir. Yarışın sonunda ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Dünya Kubokunun ümumi mükafat fondu isə 2 milyon ABŞ dollarına bərabərdir.


S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: