🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Cənubi Koreya Pxenyana qarşı radio təbliğatını dayandırdı

01.09.2025 23:25 1 baxış sayı 1 dəq. oxuma
Cənubi Koreya Pxenyana qarşı radio təbliğatını dayandırdı

Cənubi Koreya Şimala Koreyaya qarşı radio təbliğatını dayandırıb.

Metbuat.az xəbər verir ki, Seul son 15 ildə ilk dəfə belə addım həyata keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, Şimalla hərbi gərginliyin azaldılması istiqamətində həyata keçirilən səylər çərçivəsində "Azadlıq səsi"nin yayımı dayandırılıb. Məlumata görə, bundan əvvəl verilişlərdə pop mahnıları ilə yanaşı, Şimali Koreya haqqında xəbərlər də yer alırdı. Pxenyanın Ukraynaya qarşı Rusiyaya qoşun yeritməsi kimi məlumatlar da radio vasitəsilə açıqlanıb.

Qeyd edək ki, radio proqramı 2010-cu ildə Şimali Koreyanın Cənubi Koreya ordusuna məxsus "Çeonan" hərbi gəmisinin batırılmasında iştirakı ilə bağlı iddialardan sonra bərpa edilmişdi.

Paylaş: