
Çempionlar Liqasının oyununda 28 penalti yerinə yetirildi

UEFA Çempionlar Liqasında I seçmə mərhələsinin "Hamrun Spartans" (Malta) və "Jalgiris" (Litva) komandaları arasındakı cavab matçında qapılara ümumilikdə 28 penalti zərbəsi vurulub.
Metbuat.az xəbər verir ki, görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk oyununda "Jalgiris" eyni hesabla qələbə qazandığı üçün oyun əlavə edilmiş hissələrdə davam edib. Əlavə edilmiş hissələrdə də hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Ümumilikdə 28 penaltinin vurulduğu seriyada meydan sahibi komanda 11:10 hesabı ilə qalib gələrək mərhələ adlayan tərəf olub.
Oxşar xəbərlər

"Brügge" "Atalanta"nı son dəqiqələrdə məğlub etdi...
Bugun.az

Ançelotti Vinisiusu sildi - Lider Mbappe oldu
Bugun.az

"Aston Villa" səfərdə qalib gəldi - Çempionlar Liq...
Bugun.az

"Borussiya Dortmund" 1/8 finalda - Çempionlar Liq...
Bugun.az

1/4 finalın ilk iştirakçısı məlum oldu - Çempionla...
Bugun.az

Kerem Aktürkoğlu Tarixə Adını Yazdırdı
Bugun.az