
Cari ildə bu şəhər və rayonlar qazlaşdırılacaq

2020–2025-ci illər ölkə üzrə 108 yaşayış məntəqəsi və 166 yaşayış massivində daşıyıcı və paylayıcı küçə qaz kəmərləri çəkilib. 1 sentyabr 2025-ci ilə qədər respublikada qazlaşma səviyyəsi 96%-ə çatıb.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə Lənkəran, Şəki, Ağcabədi, Ağdaş, Astara, Cəlilabad, Göygöl, Xaçmaz, Xızı, Quba, Qusar, Masallı, Neftçala, Oğuz, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zaqatala rayonlarının 25 yaşayış məntəqəsində və 21 yaşayış massivində daşıyıcı və paylayıcı küçə qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub.
“Artıq 7 yaşayış məntəqəsində və 13 yaşayış massivində işlər tamamlanıb, 8 yaşayış məntəqəsində və 7 yaşayış massivində işlər davam etdirilir. Qalan 10 kənddə və 1 massivdə işlərə başlanılması üçün tədbir görülür”.
Oxşar xəbərlər

DİM-dən abituriyentlərə güzəşt -
Son Xeberler

İmtahanlarla bağlı dəyişiklik edildi -
Son Xeberler

Bu rayonda evlər bahalaşıb
Bugun.az

Növbəti buraxılış imtahanın keçiriləcəyi tarix-AÇI...
Son Xeberler

Rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur...
SON Xəbər

Avqust ayı üzrə 190 manat nə vaxt veriləcək? -
Son Xeberler