🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu taksi sürücüləri 100 manat cərimələnir

01.05.2025 13:25 17 baxış sayı 2 dəq. oxuma
Bu taksi sürücüləri 100 manat cərimələnir

Azərbaycanda taksi xidmətlərindən istifadə edən bəzi sərnişinlərin təhlükəsizlik qaydalarına və qanuni tələblərə əməl etməməsi ilə bağlı hallara tez-tez rast gəlinir.

Xüsusilə 4-5 nəfərlik avtomobillərə normadan artıq sayda sərnişinin minmək istəməsi ciddi problemlərdən biridir. Sosial şəbəkələrdə taksi sürücülərinin paylaşdığı real hadisələr də bunu təsdiqləyir. Belə ki, bəzi hallarda 5 nəfərlik nəqliyyat vasitəsinə hətta 10-12 nəfərin minməsi cəhdləri müşahidə olunur. Bu cür hallar nəinki təhlükəsizlik üçün risklidir, həm də qanun pozuntusu sayılır və müəyyən cərimələrə səbəb olur. Bəs normadan artıq sərnişin daşıyan sürücünü hansı məsuliyyət gözləyir?

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat 3 bal məbləğində cərimə nəzərdə tutulur.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: