
Bu şəxslər 1000 manatadək cərimələnə bilər

Son zamanlar sosial şəbəkələrdə hərbi geyim formasında uyğun olmayan davranışlar sərgiləyərək diqqət çəkməyə çalışan şəxslərə tez-tez rast gəlinir. Bəs qanunvericiliyə əsasən, hərbi geyim formasını daşımaq hüququ kimlərə aiddir? Ümumiyyətlə, xüsusi günlər istisna olmaqla bu geyim formasından istifadə edən şəxsləri cərimə gözləyirmi?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirib ki, 2025-ci ilin yanvarında qüvvəyə minmiş qanun dəyişikliyinə əsasən, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan şəxslərə hərbi geyim formasını daşımaq hüququ yalnız müəyyən hallarda verilir. Belə ki, bu geyim yalnız rəsmi dəvət aldıqları tədbirlərdə, peşə bayramlarında, eləcə də Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə istifadə oluna bilər:
“Müddətli həqiqi hərbi xidmətdə olmuş və sonradan təxris olunan şəxslərə isə ümumiyyətlə bu geyimi daşımaq qadağandır. Yəni bir il və ya bir il yarım müddətinə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağırılan şəxslər xidmət başa çatdıqdan sonra hərbi forma geyinə bilməzlər”.
Ədalət Verdiyev əlavə edib ki, mövcud qanunvericiliyin tələblərini pozan şəxslər üçün cərimələr nəzərdə tutulub:
“Hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan, lakin yalnız məhdud hallarda forma daşımaq icazəsi olan şəxslər əgər bu geyimi qanunsuz şəkildə geyinərsə, 500 manatdan 700 manatadək cərimə oluna bilərlər. Ümumiyyətlə bu formanı daşımaq hüququ olmayan şəxslər isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilə bilər. Qeyd edim ki, əvvəlki qaydalarda bu cərimələr 300-500 manat arasında dəyişirdi, lakin 2025-ci ilin yanvarından etibarən cərimələrin məbləği artırılıb”, – deyə ekspert əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az
Oxşar xəbərlər

Vahid Mustafayevin şirkəti cərimələnə bilər
Xəbər Anı

Bu şəxslər 2500 manatadək cərimələnəcək
Bugun.az

Bu şəxslər 4 min manat cərimələnəcək -
Son Xeberler

Bu cərimələrin məbləği iki dəfə artırılır
Bugun.az

Bunu edənlər 500 manat cərimə olunacaq -
Son Xeberler

Prezident yeni qanun imzaladı -
Son Xeberler