🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Bu mənfi tendensiya dünyanın bir çox yerlərində müşahidə olunur" - İlham Əliyev

26.05.2025 06:25 11 baxış sayı 1 dəq. oxuma
"Bu mənfi tendensiya dünyanın bir çox yerlərində müşahidə olunur" - İlham Əliyev

Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı təəssüflə bildirib ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlayıb. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir.

Paylaş: