
Bu kəndə ilk dəfə təbii qaz verildi

Qusar rayonunun Avaran kəndinə ilk dəfə təbii qaz verilib.
Metbuat.az xəbər verir ki, 382 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün müxtəlif diametrli borularla 3,7 kilometr daşıyıcı və 30,3 kilometr məhəllədaxili qaz xətləri çəkilib, üç qaztənzimləyici şkaf quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib ki, Qusar rayonu ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması və əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu günə kimi rayonun 90 yaşayış məntəqəsindən 49-u artıq qazlaşdırılıb. Avaran kəndindən əvvəl Mucuq kəndinə ilk dəfə mavi yanacaq verilib. Hazırda Xürel kəndinin qazlaşdırılması işləri aparılır.
Çıxış edən sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mərasimdə şəhid Radik Şeydabəyovun qardaşı Ramik Şeydabəyov və şəhid Caviddin Azayevin qardaşı Fərəddin Azayev Avaran kəndinə təbii qazın verilişini bildirən rəmzi məşəli alovlandırıblar.
Oxşar xəbərlər

Eyni qurumda iki qardaşa yüksək vəzifə verildi
Bugun.az

Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Son Xeberler

Azərbaycanda sel vəzifəli şəxsin avtomobilini apar...
Son Xeberler

Çimərliklərin istifadəsinə bu tarixdən icazə veril...
Son Xeberler

Prezident Xocalının Təzəbinə kəndində görülən işlə...
Bugun.az

Eldar Əzizov: Yağışdan Sonra Bakıda Yaranan Vəziyy...
Bugun.az