
Bu il bəzi cinayətlər azalıb - Hərbi prokuror

2025-ci ilin birinci yarımilində əvvəlki ilin eyni dövrü ilə müqayisədə bir sıra cinayət növləri üzrə azalmalar müşahidə olunub.
Metbuat.az xəbər verir ki, bunu hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.
“Hərbi xidmətdən yayınma ilə bağlı cinayətlər ümumilikdə 43,9% azalıb. Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə halları 45,3%, fərarilik isə 70% geriləyib. Eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onların aşılması ilə bağlı cinayətlər 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 18,2%, özünü öldürmə həddinə çatdırma ilə bağlı cinayətlər isə 50% azalıb”, - deyə B.Əhmədov qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Qeydə alınan cinayətlərin 98,8 faizi açılıb - Xanl...
Bugun.az

Firad Əliyev: Kamran Əliyev və Xanlar Vəliyevin rə...
Bugun.az

Hərbi Prokurorluqa yeni şöbə rəisi
Son Xeberler

Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədb...
Bugun.az

Bu şəhərlərə yeni prokurorlar təyin edildi
Bugun.az

Bakının yeni Hərbi prokuroru kimdir? -
Son Xeberler