🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu hallarda maaşınızdan pul tutulacaq

09.07.2025 08:25 10 baxış sayı 2 dəq. oxuma
Bu hallarda maaşınızdan pul tutulacaq

Əməkhaqqından tutulmalar işçilər arasında ən çox müzakirə olunan mövzulardan biridir. Hər bir işçi əmək haqqının tam və qanuni şəkildə ödənilməsini istəyir. Lakin bəzi hallarda müxtəlif səbəblərdən əməkhaqqından müəyyən məbləğlərin tutulması qaçılmaz olur.

Bəs hansı hallarda maaşdan pul tutula bilər?

Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Leyla Bədəlova bildirib ki, Azərbaycan Əmək Məcəlləsinə əsasən, işçinin əməkhaqqından tutulmalar yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilə bilər:

"Tutulmaların səbəbləri və prosedurları ciddi şəkildə tənzimlənir.

Əməkhaqqından tutulma yalnız məcburi dövlət ödənişləri - gəlir vergisi, sosial və işsizlik sığortası kimi, həmçinin borc ödənişi və ya cərimələr zamanı mümkündür. Bundan başqa, işçinin yazılı razılığı olduqda kredit və ya sığorta ödənişləri üçün də tutulma edilə bilər”.

Vəkil əlavə edib ki, işəgötürənlər əməkhaqqından qeyri-qanuni tutulma apara bilməzlər:

“Əgər işçinin sənədlərlə təsdiqlənmiş maddi zərərə görə tutulma tələb olunursa, bu da yalnız qanuni prosedurlar çərçivəsində mümkündür. İşçi hüququ pozulduqda məhkəməyə müraciət edə bilər”.

Ülkər/ Metbuat.az

Paylaş: