
Bu gündən 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır.
Metbuat.az xəbər verir ki, iyun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.
Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident: Şuşa Media Forumu artıq ənənəvi xarakte...
Bugun.az

III Şuşa Qlobal Media Forumu mədəni proqramla işin...
Bugun.az

Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və...
Bugun.az

Prezident paylaşım etdi -VİDEO
Bugun.az

"Şuşa Media Forumu dezinformasiyaya qarşı beynəlxa...
Bugun.az

Əhməd İsmayılov Çində forumda iştirak edib
Bugun.az