
Bu gün sonuncusu keçirilir - Adlar Prezidentə təqdim olunacaq

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Report-a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Oxşar xəbərlər

Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Son Xeberler

Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan ad...
Xəbər Anı

Oqtay Şirəliyevlə vida mərasimi keçirilir -FOTO
Bugun.az

Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyu...
Son Xeberler

Bu gün ikinci Qədr gecəsidir
Bugun.az

Əfv Komissiyasının iclasında baxılan müraciətlərin...
Bugun.az