🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu gün “Formula -1” Azərbaycan Qran-prisi start götürür

19.09.2025 05:25 1 baxış sayı 2 dəq. oxuma
Bu gün “Formula -1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula -1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Metbuat.az xəbər verir ki, 10 komandadan 20 pilotun iştirak etdiyi mötəbər yarış 6 kilometrlik Bakı Şəhər Halqasında keçirilir. 20 döngə və 51 dövrədən ibarət trek ümumilikdə 306 kilometr məsafəni əhatə edir. Start və finiş xətləri Azadlıq meydanında yerləşir.

Yarışın ilk günündə “Formula - 2” üzrə sərbəst yürüş və sıralama turu, “Formula -1” -də isə iki sərbəst yürüş təşkil olunacaq:

  • 10:00 – “Formula - 2” : Sərbəst yürüş
  • 12:30 – “Formula -1” : Birinci sərbəst yürüş
  • 14:30 – “Formula - 2” : Sıralama turu
  • 17:00 – “Formula -1” : İkinci sərbəst yürüş


Paytaxtın simvolik məkanlarından keçən trek məşhur alman memar Hermann Tilke tərəfindən layihələndirilib. Yarış zamanı tamaşaçılar İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu mənzərəsini izləyə bilirlər.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən Formula 1-ə ev sahibliyi edir. İlk yarış Avropa Qran-prisi adı ilə keçirilib və Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazanıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən Qran-pri baş tutmayıb.

Paylaş: