🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu bölgədə ard-arda güclü zəlzələlər oldu

02.05.2025 20:25 9 baxış sayı 1 dəq. oxuma
Bu bölgədə ard-arda güclü zəlzələlər oldu

Argentina sahillərində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Uşuayya şəhərindən 291 km cənub-şərqdə Çilinin Punta Arenas şəhərindən 523 km cənub-şərqdə yerləşib. Zəlzələ episentri 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Bundan əvvəl, Çilinin cənubunda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra Puerto Villiams və Antarktida üçün sunami xəbərdarlığı edilib.

Paylaş: