🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Boeing 777" Bakıya məcburi eniş etdi

21.09.2025 15:25 1 baxış sayı 1 dəq. oxuma
"Boeing 777" Bakıya məcburi eniş etdi

“EVA Air” aviaşirkətinə məxsus və Bankonq-London marşrutu üzrə hərəkət edən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq aeroportda Metbuat.az-a bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

“Boeing 777” tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.

Paylaş: