
Baş nazir yeni qərar imzalayıb

Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"da dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100 % pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcək. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb.
Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək. Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib.
Oxşar xəbərlər

Baş nazir qərar imzaladı
Bugun.az

TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler

Daxili Qoşunların Hərbi Qulluqçularının Maaşları A...
Bugun.az

Baş nazir Əli Əsədov qərar imzaladı
Bugun.az

Bu şəxslərin maaşları artırıldı - QƏRAR
Bugun.az

Əli Əsədov yeni qərar imzaladı
Bugun.az