🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Barselona"dan fantastik transfer - 3 ulduz futbolçunu istəyir

08.10.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
"Barselona"dan fantastik transfer - 3 ulduz futbolçunu istəyir

"Barselona" "Atletiko Madrid"in hücumçusu Julian Alvaresi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, klub futbolçunu mövsümün sonunda heyətə cəlb etmək istəyir. “Sport”un məlumatına görə, Alvaresin sərbəst qalma məbləği 500 milyon avro olduğu üçün "Atletiko Madrid" onu 200 milyon avrodan aşağı göndərmək istəmir. Xəbərdə deyilir ki, “Barselona” şəxsi şərtlərin problem olmayacağına hesab edir. Alvares argentinalı komanda yoldaşı Lionel Messiyə rəğbət bəslədiyi üçün “Barselona”nın təklifinə razılıq verə bilər. Xəbərdə deyilir ki, prezident seçkilərində qalib gəlmək istəyən "Barselona"nın prezidenti Joan Laporta yüksək profilli transfer həyata keçirmək istəyir.

"Barselona" “Mançester Siti”nin futbolçusu Erling Haalandın transferini də nəzərdən keçirir. “Borussia Dortmund”un hücumçusu Serhou Guirassynin də potensial alternativ olduğu irəli sürülür.

Paylaş: