
Bakıda kirayə mənzillər ucuzlaşır? - QİYMƏTLƏR

Hazırda yay tətili dövrüdür və universitetlər bağlıdır. Tələbələrin əksəriyyəti paytaxtı tərk edərək rayonlara qayıdıb. Bu, kirayə mənzil bazarına da birbaşa təsir göstərir. Bəs hazırda kirayə mənzillərin qiyməti necədir?
Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, bazarda nisbətən təkliflər çoxalıb, amma qiymətlərdə ciddi bir azalma müşahidə olunmur:
“Məsələn, əvvəlki illərin praktikası göstərir ki, yalnız dördüncü kursu və yaxud da ümumiyyətlə universiteti bitirmiş tələbələrin çoxu mənzilləri boşaldır, digərləri isə yox. Bu problemlə üzləşməmək üçün, yəni sentyabr ayında gəlib əvvəllər 400 manata kirayə tutduğu mənzili təzədən 500 manata götürmək və başqa problemlərlə üzləşməmək, yer tapmaq çətinliyi yaşamamaq üçün tələbələr çalışırlar həmin mənzilləri saxlamağa, çıxmırlar. Belə bir tendensiya yaranıb. Son iki ildir belədir, bu il də çox güman ki, elə olacaq”.
Ekspert Bakıdakı kirayə mənzil qiymətlərindən də danışıb:
“Şəhər ətrafında bir otaqlı mənzillər üçün qiymətlər orta hesabla 300 manatdan başlayır. Şəhərə yaxınlaşdıqca qiymətlər qalxır. Yerindən və şəraitindən asılı olaraq, 300 manatdan aşağı bir otaqlı ev demək olar ki, yoxdur. Mərkəzdə isə sutkalıq mənzillərin qiyməti 50 manatdan başlayır və getdikcə artır”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Kirayə mənzil bazarında SON VƏZİYYƏT -
Son Xeberler

Karantin başlayandan kirayəçilərindən pul almır
Şou Xəbər
Los Angelesdə Kirayə pullarının ləğv edilməsi üçün...
OrdanBurdan

Aylıq 449 manat ödənişlə ev almaq istəyənlərin
Son Xeberler

SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK -...
Son Xeberler

MİDA Yeni Yaşayış Komplekslərində Mənzillərin Satı...
Son Xeberler