
Bakı-Tbilisi-Bakı qatarı 28 maydan açılır?

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr davam edir. Gürcüstan mediasında qatarın mayın sonunda yola çıxa biləcəyi barədə iddialar yayılıb.
İddiaya görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may-Azərbaycanın Müstəqillik Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.
Bildirilib ki, hələ dəqiq tarix müəyyən edilməyib.
Qeyd edək ki, məsələ ilə bağlı nə Azərbaycan, nə də Gürcüstan tərəfindən rəsmi açıqlama verilib.
Metbuat.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan üçün prioritet dövlət və milli təhlükəsizlik məsələsidir:
"Bakı-Tbilisi-Bakı qatarı açılacaq. Lakin bunun vaxtı ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir. İqtisadiyyatımızla bağlı heç bir problem yoxdur. Yük avtomobilləri və qatarları fəaliyyət göstərir, sadəcə olaraq vətəndaşların quru yolu ilə gediş-gəlişi yoxdur. Burada yenə deyirəm bizim dövlət və milli təhlükəsizliyimiz hər şeydən önəmlidir".
Oxşar xəbərlər

Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxı...
Son Xeberler

Bu rayona da sürət qatarı olacaq
Xəbər Anı

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reyslə...
Bugun.az

Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salındı
Son Xeberler

Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlər...
Bugun.az

Rusiyada iki yük qatarı toqquşdu -
Son Xeberler