
Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.
Bu barədə Metbuat.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq bu gün saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı.
Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Oxşar xəbərlər

Sankt-Peterburqda aeroportun fəaliyyəti dayandırıl...
Bugun.az

CapCut ABŞ-da dayandırıldı!
Texnologiya xəbərləri

Bakının bu rayonunda qaz olmayacaq
Xəbər Anı

Laçına getmək istəyənlərin nəzərinə!
Xəbər Anı

Samsung Galaxy A34 üçün One UI 7 yeniləməsi dayand...
Texnologiya xəbərləri

Şagirdlərin yerdəyişməsi dayandırıldı
Bugun.az