
Azərbaycanlı hakimlər pley-off oyunlarına təyinat aldılar

Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA tərəfindən yeni təyinat alıblar.
Metbuat.az xəbər verir ki, hər iki hakim Konfrans Liqasının pley-off mərhələsində oyunlara rəhbərlik edəcək.
Əliyar Ağayev Slovakiyada baş tutacaq “Polesye” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim isə Kamal Umudlu olacaq.
Elçin Məsiyev isə Sloveniyada keçiriləcək “Selye” – “Banik Ostrava” (Çexiya) qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq.
Hər iki oyun avqustun 21-də oynanılacaq.
Oxşar xəbərlər

AFFA əməkdaşı “Qalatasaray”ın oyununa təyinat aldı...
Bugun.az

Türklərin oyunu azərbaycanlı hakimlərə həvalə olun...
Bugun.az

Bu oyunun təyinatları açıqlandı
Bugun.az

FİFA-dan azərbaycanlı hakimə təyinat
İdman Xəbər

Avropa Liqasında pley-off mərhələsinin cütləri
Bugun.az

UEFA Qarabağ Oyununu İdarə Edən Hakimi Cəzalandırd...
Bugun.az