🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanın neçə ölkədə səfirliyi var? - SORĞU

04.09.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycanın neçə ölkədə səfirliyi var? - SORĞU

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və xarici siyasət sahəsində fəallığının nəticəsi olaraq ölkəmiz xaricdəki diplomatik nümayəndəliklərinin sayını ildən-ilə artırır. Bəs hazırda Azərbaycanın neçə ölkədə səfirliyi fəaliyyət göstərir?

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb.

“Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. Hazırda ölkəmiz xaricdə 69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi ilə təmsil olunur”, - deyə A.Hacızadə qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: