
Azərbaycanda sənədsiz evlərin amnistiyasına start verilir

Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.
Metbuat.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, ölkə başçısı tərəfindən 16 iyul tarixində imzalanan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur:
“Bu sənəd əslində “amnistiya” xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək. Bu fərman ölkədə sənədsiz evlərlə bağlı məsələnin həllinə mühüm töhfə verir və onilliklərdir mübahisəli vəziyyətdə qalan əmlakların statusunu hüquqi müstəviyə çıxarır”.
Oxşar xəbərlər

İşlər artıq tamamlanır - Bu evlərə sənəd verilə bi...
Bugun.az

Sənədsiz evlərin tükənməyən dərdi -VİDEO
Bugun.az

Evinin çıxarışı olmayan şəxslərin nəzərinə
Bugun.az

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsin...
Edumap.az Təhsil Portalı

“Career Boost | 24” adlı yeni layihəyə start veril...
Edumap.az Təhsil Portalı

Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər b...
Son Xeberler