🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan cüdoçuları 4 medal qazandı

12.10.2025 05:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycan cüdoçuları 4 medal qazandı

Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb.

Metbuat.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üç bürünc medal əldə ediblər.

Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalı Katarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medal qazanıb.

Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1) məğlub olaraq gümüş medal əldə edib.

Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, Rəşad Yelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərək hər ikisi bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dörd medalla – bir gümüş və üç bürünc medalla başa vurub.

Paylaş: