
Azərbaycan Çinlə münasibətlərinə böyük önəm verir -Millət vəkili

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 30-da Çinə işgüzar səfəri başlayıb. Avqustun 31-də Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Çin Sədri Si Cinpin ilə görüşü olub. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili Hikmət Babaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan–Çin münasibətləri dinamik inkişaf edən, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə söykənən və hər iki ölkənin maraqlarına xidmət edən münasibətlərdir.
Onun fikrincə, Çin bu gün həm coğrafi mövqeyinə, həm də iqtisadi göstəricilərinə görə dünya siyasətinin mərkəzində duran ölkələrdən biridir:
“Çin istehsal edən və istehlak bazarlarına çıxmaq üçün Azərbaycanın yerləşdiyi coğrafiyaya ehtiyacı olan böyük bir mənbə ölkədir. Azərbaycan isə bu fürsətləri düzgün qiymətləndirən və onların reallaşdırılması üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən ölkə kimi önə çıxır. Bu səbəbdən Çin–Azərbaycan münasibətləri indiki tarixi mərhələdə daha da cazibədar görünür. Təsadüfi deyil ki, bir müddət əvvəl Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında razılaşma əldə olunub və bu gün biz onun daha da dərinləşdiyinin şahidi oluruq”.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar olaraq Azərbaycanla yanaşı, Ermənistan, Rusiya, İran, Qazaxıstan, Hindistan, Özbəkistan və digər ölkələrin liderləri də Çinə səfər ediblər.
H.Babaoğlu sammitin önəmindən bəhs edərkən vurğulayıb ki, Şanxay Əməkdaşlıq Təşkilatı dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən və qlobal iqtisadiyyatın nəbzinin atdığı əsas mərkəzlərdən biridir:
“Buna görə də Azərbaycan daim Çinlə dostluq və əməkdaşlıq münasibətlərinə böyük önəm verir, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməklə yaxın tərəfdaşlıq nümayiş etdirir. Bu baxımdan Azərbaycan Prezidentinin Çinə səfəri əməkdaşlığın daha da genişlənməsi və yeni inkişaf perspektivlərinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

ABŞ Çinlə ticarət sazişi bağlamaq istəyir - Tramp
Bugun.az

Fələstin dövlətinin tanınması hüquqi öhdəlikdir -...
Bugun.az

Millət vəkili evinin önündə GÜLLƏLƏNƏRƏK ÖLDÜRÜLDÜ...
Son Xeberler

Türkiyədə keçmiş nazir koronavirusdan öldü
Son Xeberler

Sərt karantin rejimi 18 yanvar tarixində uzadılaca...
Son Xeberler

Tramp Çinlə danışıqları şərh etdi
Bugun.az