🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

AZAL bu şəhərlərə media-tur təşkil etdi

11.07.2025 07:25 8 baxış sayı 2 dəq. oxuma
AZAL bu şəhərlərə media-tur təşkil etdi

Azərbaycanın milli aviaşadıyıcısı AZAL Milli mətbuatın 150 illiyi münasibətilə jurnalistlər üçün aviaşirkətin yeni istiqaməti olan Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib.

Metbuat.az xəbər verir ki, 10-13 iyul tarixlərini əhatə edəcək tur çərçivəsində
media nümayəndələri üçün təlim keçiriləcək.

Təlim zamanı iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək.

Qeyd edək ki, AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirir. Uçuşlar həftədə iki dəfə olmaqla cümə axşamı və bazar günləri yerinə yetirilir. Türkiyə istiqamətində uçuş coğrafiyasının genişləndirilməsi iki qardaş ölkə arasında hava nəqliyyatı, turizm, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Yeni marşrut sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat səyahət imkanı yaradır.

    Əlavə məlumat: https://www.azal.az/az/airline/news/details/?id=07032025001

    https://www.azal.az/az/airline/news/details/?id=15062025001

    #AZAL #Millimətbuat #150il #Mediatur #Adana #Mersin

    Paylaş: