🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

AMB sədri Zakir Nuriyevi 65 illik yubileyi münasibətilə təbrik edib

02.10.2025 13:25 1 baxış sayı 2 dəq. oxuma
AMB sədri Zakir Nuriyevi 65 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyevi qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, görüşdə baş bankir Z.Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələri yüksək qiymətləndirib.

T.Kazımov qeyd edib ki, Z.Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Z.Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.

Z.Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Paylaş: