
Alonso ulduz futbolçudan imtina etdi - "Real"dan ayrılır

"Liverpul" "Real Madrid"in ulduzu Rodriqo üçün danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, "Nyukasl Yunayted"in Aleksandr İsakı satmamaq qərarından sonra "Liverpul" “Ayntracht Frankfurt”la Huqo Ekitikenin transferi barədə razılığa gəlib. Klubların 80 milyon avro transfer haqqında razılaşmaq üzrə olduğu bildirilir. Ekitikenin 6 illik müqavilə imzaladığı irəli sürülür. Ekitikedən sonra "Liverpul" Rodriqonu transfer etmək üçün hərəkətə keçib.
“talkSPORT”un məlumatına görə, Rodriqo artıq Madridi tərk etməyə hazırdır və Premyer Liqada futbol oynamaq istəyir. Bildirilir ki, məşqçi Xabi Alonsonun Klublararası Dünya Çempionatında Rodriqonu ehtiyatda saxlayıb Mbappe-Vinisius cütlüyünə üstünlük verməsindən sonra ulduz oyunçu “Real”da ayrılmağa qərar verib.
Oxşar xəbərlər

Alonso Arda ilə bağlı "Real"dan bunu tələb etdi
Bugun.az

Alonso ulduz futbolçunu "Real"dan göndərir
Bugun.az

Alonsonun istədiyi ulduz bəlli oldu - Mbappenin ye...
Bugun.az

"Real" yeni məşqçi ilə razılıq əldə etdi - Ançelot...
Bugun.az

Arda üçün anlaşma əldə edildi - Alonso razılıq ver...
Bugun.az

Xabi Alonso "Real"da
Bugun.az