Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

AFFA onu cəzalandırdı - FOTO

05.02.2025 09:25 94 baxış sayı 1 dəq. oxuma Metbuat
AFFA onu cəzalandırdı - FOTO

“Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Bakı klubu həmçinin 63-cü dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə görən legionerə görə 500 manat cərimə ödəyəcək.

“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. “Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “Zirə” klubu 800 manat cərimə olunub.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: