🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Abdolbari Gozalın oğluna yüksək vəzifə verildi - FOTO

02.05.2025 16:25 11 baxış sayı 1 dəq. oxuma
Abdolbari Gozalın oğluna yüksək vəzifə verildi - FOTO

"Azersun Holdinq"in Müşahidə Şurasına yeni sədr təyin edilib.

Metbuat.az Ölkə.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Əhməd Gozal gətirilib.

"Azersun Holdinq"in rəhbərliyinə gətirilən Əhməd Gozal 2006-cı ildə Bilkent Universitetinin Menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən o, "Azersun Holdinq"in idarə olunmasında fəal şəkildə iştirak etməyə başlayıb.

Şirkətlər qrupunun müxtəlif strukturlarında çalışdıqdan sonra, 2018-ci ildə "Azersun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Təftiş Komissiyasının sədri vəzifələrinə təyin edilib.

2022-ci ildən etibarən isə Əhməd Gozal Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal olub. O, bu ilin yanvar ayında vəfat edib.

Əhməd Gozal mərhum Abdolbari Gozalın oğludur.

Paylaş: