
3 nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər. Onlardan biri sudan çıxmağı bacarsa da, digərinə isə kömək etmək istəyən şəxs öz həyatını riskə ataraq dənizə girib.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər

Novxanıda dənizdə iki nəfər batdı
Bugun.az

Mərdəkanda bir nəfər dənizdə batdı
Bugun.az

Sumqayıtda hamilə qadın dənizdə batdı -
Son Xeberler

Dənizdə batanlardan biri tanınmış şairin oğludur
Son Xeberler

Sumqayıtda iki nəfər dənizdə boğuldu
Bugun.az

Astarada bir nəfər dənizdə batıb
Son Xeberler