
"PAŞA Bank" illik 9%-dək gəlir gətirən yeni rəqəmsal depozitlərini təqdim edir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştərilər üçün tam rəqəmsal depozit məhsullarını istifadəyə verib.
Bu yeni rəqəmsal depozitlər sabit gəlir axtaran müştərilər üçün müasir maliyyə həlli təqdim edir. Məhsullar etibarlılığı, yüksək rahatlığı və gəlirliliyi bir araya gətirir. Bank bu addımı ilə xidmətlərini daha da rəqəmsallaşdırır və müştəri təcrübəsini sadələşdirir.
Artıq müştərilər depozit açmaq üçün banka gəlməyə məcbur deyillər. Bütün proses PAŞA Bankın mobil tətbiqi vasitəsilə həyata keçirilir. Bu, prosesi sürətləndirir; müştərilər cəmi bir neçə dəqiqə ərzində, istənilən vaxt və istənilən yerdən depozit aça bilirlər.
PAŞA Bank tərəfindən müştərilərin məqsədlərinə uyğun olaraq iki depozit növü təqdim olunur: “Yığım” və ya “Müddətli”. Müştərilər minimum 1.000 AZN məbləğlə bu depozitləri aça bilərlər. Bu maliyyə məhsulları vasitəsilə illik 9%-dək sabit gəlir əldə etmək mümkündür.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziy...
Azəri Xəbər

“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran y...
Azəri Xəbər

“PAŞA Bank” mobil tətbiqində rəqəmsal depozit
Azəri Xəbər
Gələn ilin əsas trendlərindən biri "OpenBanking" m...
Azəri Xəbər

"Birbank"dan onlayn nağd kredit alan hər 100-cü mü...
Azəri Xəbər

Azərbaycandakı bankların əməliyyat gəlirlərinin mə...
Azəri Xəbər



