
Messi “Qalatasaray”a keçə bilər

Türkiyənin “Qalatasaray” futbol klubu Argentina yığmasının kapitanı və ABŞ-nin “İnter Mayami” komandasının hücumçusu Lionel Messinin transferi ilə ciddi maraqlanır. Mətbuatın yaydığı məlumatlara görə, Türkiyə nəhəngi hücumçu ilə dörd aylıq qısamüddətli icarə müqaviləsi bağlamağı planlaşdırır. Bu addım ABŞ-nin Əsas Futbol Liqasında (MLS) yaranan mövsümlərarası fasilə dövrünə təsadüf edir.
Bu transfer planının təməli MLS-dəki uzun müddətli fasilədir. Liqada müntəzəm çempionat oktyabrda sona çatır, "pley-off" mərhələsi isə dekabra qədər davam edir. Bütün bu mərhələlər bitdikdən sonra, yeni mövsüm başlayana qədər dörd ay müddətində liqada oyunlar keçirilmir. “Qalatasaray” klubu məhz bu fasiləni doldurmaq üçün dünya ulduzunu heyətinə cəlb etməyi hədəfləyir.
Qeyd edilir ki, Messinin bu keçidə razılıq verməsinin əsas səbəbi fiziki formasını itirməmək ola bilər. Məhz dörd aylıq oyunsuz fasilə, futbolçunun 2026-cı il dünya çempionatı öncəsi formasını qorumaq məqsədilə “Qalatasaray”da oynamaq təklifini qəbul etməsinə gətirib çıxara bilər.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Qalatasaray”dan Messi barədə açıqlama
Bugun.az

Messi "Qalatasaray"a gəlir? - RƏSMİ
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

Messi Azərbaycana gəlir
Xəbər Anı

"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər
Azəri Xəbər

“Qalatasaray”a tarixi təklif
Bugun.az



