
Məmmədbəyli kəndində 39 beşotaqlı ev inşa edilib (FOTO)

Jurnalistlər Prezidentin izi ilə Zəngilana təşkil edilmiş səfər çərçivəsində rayonun Məmmədbəyli kəndindəki bərpa işləri ilə tanış olublar. Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva media nümayəndələrinə kənd haqqında ətraflı məlumat verdi.
O bildirib ki, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Kənddə ümumilikdə 188 fərdi yaşayış evi inşa edilib. Bu evlərin növü otaq sayına görə bölünüb: 39-u ikiotaqlı, 55-i üçotaqlı, 55-i dördotaqlı və 39-u beşotaqlıdır. Hər bir ev üçün nəzərdə tutulan həyətyanı ərazi hasarlanmış vəziyyətdədir. Evlər müasir yaşayış üçün zəruri olan bütün infrastrukturla təmin olunub. Bura quraşdırılmış Günəş panelləri, su, işıq, qaz və yüksəksürətli internet şəbəkəsi daxildir. Kənddaxili yolların hamısı asfalt örtüyü ilə təmin edilib.
Yaşayış binalarından başqa, Məmmədbəyli kəndində çoxfunksiyalı 2 qeyri-yaşayış binası da tikilib. İnzibati binaların, eləcə də keçid və istinad divarlarının üzərində zövqlə işlənmiş rəsmlər çəkilib. Bu cür detallar kəndin ümumi görünüşünə xüsusi estetik çalarlar qatır.
Məmmədbəyli Ağalı kəndinə çox yaxın məsafədə yerləşir. İqtisadi səmərəliliyi təmin etmək məqsədilə bu iki kəndi birləşdirən xüsusi keçid inşa edilib. Bu keçid Məmmədbəyli sakinlərinin Ağalı kəndində yerləşən ictimai obyektlərdən asan istifadə etməsinə şərait yaradacaq. Bu obyektlərə 360 şagird yerlik tam orta məktəb, 60 yerlik uşaq bağçası, Ailə sağlamlıq mərkəzi, məişət xidməti obyektləri, xidmətlər mərkəzi, aptek, bazar kompleksi və digər qeyri-yaşayış təyinatlı mərkəzlər daxildir. Beləliklə, infrastrukturun ortaq istifadəsi rahatlıq yaradır və əhalinin rifahına xidmət edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zəngilanın Məmmədbəyli kəndində 188 ev inşa edilib
Azəri Xəbər
Zəngilanın Məmmədbəyli kəndində bütün fərdi yaşayı...
Azəri Xəbər

Zəngilanın Məmmədbəyli və Ağalı sakinlərinə mənzil...
Bugun.az

Ağalı kəndinin ikinci mərhələsində 103 ev istifadə...
Azəri Xəbər
Ağalı kəndinin ikinci mərhələsində bütün yaşayış v...
Azəri Xəbər
Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə verilə...
Azəri Xəbər



