
Bu il xarici ölkələrdən nə qədər dərman gətirilib? - RƏSMİ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) 2025-ci ilin ilk 9 ayı ərzində ölkəyə gətirilən dərman vasitələrinin həcmini açıqlayıb. Rəsmi məlumata görə, bu müddətdə ölkə ərazisinə 145 595 000 (yüz qırx beş milyon beş yüz doxsan beş min) qutu dərman vasitəsi idxal edilib. Mərkəz bildirir ki, bu məhsulların dövriyyəyə çıxarılmasından əvvəl keyfiyyətinin yoxlanılması çox mühüm bir prosesdir.
Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanunu hər bir dərman vasitəsinin ölkəyə gətirilməsindən əvvəl dövlət qeydiyyatı prosedurundan keçməsini tələb edir. Bu proses, qanunvericiliyə uyğun ekspertizaların aparılması, dərmanın qeydiyyat vəsiqəsinin verilməsi və Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilməsi ilə yekunlaşır. Yalnız bundan sonra həmin dərmanın ölkədə istehsalına, idxalına və istifadəsinə icazə verilir. Hətta dövlət qeydiyyatına alındıqdan sonra da hər dəfə ölkəyə yeni idxal olunan dərman partiyası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında əlavə yoxlanışlara cəlb olunur. Yoxlamalardan sonra dərman vasitəsinə sertifikat verilir və məhsul nəzarət markası ilə təmin edilir.
AEM apteklərdən dərman alan vətəndaşlara bəzi tövsiyələr verir. Onlar ilk növbədə qablaşmanın tamlığına, eləcə də dərmanın adı, seriya nömrəsi, istehsal və son istifadə tarixləri kimi yazıların silinmədən və aydın şəkildə oxunmasına diqqət yetirməlidirlər. Mərkəz həmçinin xatırladır ki, bəzi hallarda keyfiyyətindən şikayət edilən məhsul dərman vasitəsi deyil, bioloji fəallığa malik qida əlavəsi olur. Bu qida əlavələri müalicəvi deyil, ancaq profilaktik məqsədlər üçün istifadə edilməlidir. Əczaçılıq müəssisələrində qanunvericiliyə uyğun olaraq planlı və şikayət əsasında plandankənar yoxlamalar keçirilir. Vətəndaşlar qanunsuz fəaliyyətlə və ya dərman keyfiyyəti barədə şübhələrlə rastlaşdıqda, Analitik Ekspertiza Mərkəzinin AEM-in qaynar xəttinə (012-596-07-12) müraciət edə bilərlər. Ölkədə satışına icazə verilən dərmanlar barədə bütün məlumatlar Mərkəzin rəsmi internet səhifəsində (www.pharma.az) yerləşdirilir.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər
 
                                                                Ukraynadan daha 12 uşaq Azərbaycana gətirilib
Azəri Xəbər

Sürücülərə XƏBƏRDARLIQ:
Son Xeberler

New York-da niyə koronavirusa yoluxanlar çoxdur?!
Bugun.az

Azərbaycanda doqquz ayda 11,3 milyon manatlıq dərm...
Azəri Xəbər

Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan ş...
Azəri Xəbər

Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin təd...
Azəri Xəbər
 
                                        


