Britaniyada immiqrant səhvən azadlığa buraxılıb

24.10.2025 22:55 6 baxış sayı 2 dəq. oxuma Trend
Britaniyada immiqrant səhvən azadlığa buraxılıb

Böyük Britaniya polisi səhvən həbsdən azad edilən 41 yaşlı Efiopiya vətəndaşı Haduş Kebatunu tapmaq üçün geniş əməliyyat keçirir. Kebatu miqrasiya mərkəzinə köçürülməsi gözlənilən zaman sərbəst buraxılıb, lakin o, dərhal qaçıb. Bu hadisə Böyük Britaniyanın həbsxana sistemindəki ciddi nöqsanları ortaya çıxarıb və hökumət səviyyəsində narazılığa səbəb olub.


Müstəntiqlərin açıqlamasına görə, Haduş Kebatu sentyabr ayında məhkəmə qarşısına çıxarılmışdı. Çelmsford Məhkəməsi onu bir il həbs cəzasına məhkum etmişdi. Kebatu 14 yaşlı qıza və bir qadına qarşı cinsi təcavüzdə günahlandırılırdı. Oktyabrın 24-də o, inzibati səhv nəticəsində miqrasiya mərkəzinə köçürülmək üçün azadlığa buraxılıb, lakin bu imkandan yararlanaraq qaçıb.


Böyük Britaniyanın ədliyyə naziri Devid Lemmi həbsxana sisteminin bu hərəkətlərindən kəskin narazılığını ifadə etdi. Lemmi baş vermiş bu ciddi hadisənin tam və hərtərəfli araşdırılmasına çağırıb. Polis hazırda axtarış işlərini davam etdirir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: