
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Airbus A320" sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Sankt-Peterburq – Bakı reysi üzrə uçarkən geri qayıtmağa məcbur qalıb. Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə, təyyarə kapitanı şassidə yaranan nasazlıq səbəbindən J2-020 nömrəli reysi yerinə yetirərkən Pulkovo hava limanına eniş etməyi qərara alıb.
AZAL aviaşirkətinin məlumatına görə, ekipaj bütün lazımi tədbirləri yerinə yetirdi. Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq, ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etdi. Həmçinin, təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilmişdi.
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla eniş etdi. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxdı. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olundu, xəsarət alan yoxdur. Sərnişinlərin Sankt-Peterburqdan Bakıya çatdırılması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıya uçan AZAL təyyarəsi təcili eniş etdi
Bugun.az

Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq hava li...
Azəri Xəbər

AZAL təyyarəsi dəniz üzərindən Bakıya geri döndü
Bugun.az

AZAL-ın Rusiyaya uçan təyyarəsi geri qayıtdı - YEN...
Bugun.az

Sərnişin təyyarəsi bomba həyəcanı səbəbilə Almaniy...
Bugun.az

İran üzərindən uçuşlar dayandırıldı, təyyarələr Ba...
Son Xeberler