Bakıda beynəlxalq simpoziumun ilk günnüə ekun vurulub (FOTO) (YENİLƏNİB)

22.10.2025 16:15 7 baxış sayı 3 dəq. oxuma Trend
Bakıda beynəlxalq simpoziumun ilk günnüə ekun vurulub (FOTO) (YENİLƏNİB)

Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium panel iclasları ilə davam edib. Tədbirin ilk günü müxtəlif ölkələrdən gələn alim və mütəxəssislərin iştirakı ilə zəngin çıxışlarla yadda qalıb. Simpoziumun əsas məqsədi din təhsili sahəsində mövcud modelləri müzakirə etmək və qlobal dəyişikliklərə cavab verən yeni yanaşmaları müəyyənləşdirməkdir. Alimlər din təhsilinin tarixini, ənənələrini və müasir tələblərini ətraflı şəkildə nəzərdən keçirdilər.


Simpozium çərçivəsində iki paralel panel təşkil edilib, hər ikisi “Din təhsili: tarix, ənənə və müasirlik” adlanırdı. Panellərdən birinə Cenevrə Universiteti Təhlükəsizlik üzrə Müşahidə Mərkəzinin həmdirektoru, Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev moderatorluq edirdi. Bu sessiyada beynəlxalq iştirakçılar iştirak etdilər. Onların arasında Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin professoru Muhammed Ali Yazıbaşı, Sunan Kalijaga Dövlət İslam Universitetindən Jarot Vahyudi və Əsvan Universitetindən Abdulla Əhməd Həmmam Əbdülməcid var idi. Həmçinin Postnormal Siyasət və Gələcək Araşdırmalar Mərkəzinin elmi işçisi Yelena Muzıkina da öz fikirlərini bölüşdü.


Paralel keçirilən digər panelə Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahraman rəhbərlik edib. Bu sessiyada Azərbaycan və region ölkələrindən olan mütəxəssislərin məruzələri dinlənildi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nümayəndələri Rübabə Şirinova və Sevinc Rəhnulla çıxış ediblər. Şəki İslam Kollecinin direktor müavini Şahin Xancanov və AMEA Şəki Regional Elmi Mərkəzindən Elşən Abdurahmanov da məruzə ilə qatılıblar. Özbəkistan Respublikası Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi Gülmira Açilova da sessiyada söz aldı. Bu çıxışlarda regiondakı din təhsili prinsipləri və təcrübələri diqqət mərkəzində saxlanılıb. Beynəlxalq simpozium oktyabrın 23-də panel sessiyalarla öz işinə davam edəcək.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: