Azərbaycanın amputant millisi Millətlər Liqasında növbəti oyununu keçirib

18.10.2025 18:25 5 baxış sayı 1 dəq. oxuma Trend
Azərbaycanın amputant millisi Millətlər Liqasında növbəti oyununu keçirib

Azərbaycanın amputant futbolçularından ibarət yığması Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti görüşünü keçirib. Komandamız bu çərçivədə İsrail kollektivi ilə mübarizə aparıb.


"ASCO Arena"da keçirilən qarşılaşma gərgin və müdafiəyə əsaslanan oyunla yadda qalıb. Matç yekunda qolsuz heç-heçə ilə tamamlanıb.


Millimizin turnirdəki çıxışı müsbət dinamika ilə başlayıb. Yığma ötən gün, açılış oyununda Belçika komandasına qarşı yüksək nəticə göstərmişdi. Azərbaycan seçməsi həmin matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Komandamız Millətlər Liqasında növbəti oyunlarını oktyabrın 19-da keçirəcək. Həmin tarixdə yığmamız Niderland və Ukrayna seçmələri ilə üz-üzə gələcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: