
“Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib (FOTO)

YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində "Nəfəs - söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı baş tutub. Bu layihə Bakıda ilk dəfə keçirilən "Art Weekend" festivalının xüsusi hissəsidir. Tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
"Nəfəs" adlı immersiv performans festival üçün SÖZ multidisiplinar mərkəzi tərəfindən xüsusi olaraq hazırlanıb. Bu ifa mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirir. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar melodramatik deklamasiya ilə birləşərək mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb. Şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.
Performansın fəlsəfəsindən danışan N. Həsənzadə qeyd edib ki, layihə məhz mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirməyi hədəfləyir. "Art Weekend" festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Bu tədbir Bakıda ilk dəfə reallaşır və noyabrın 2-dək davam edəcək.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Art Weekend" zamanı “Dəniz, çox sağ ol! təqdim ed...
Azəri Xəbər

“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adl...
Azəri Xəbər

"Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yar...
Azəri Xəbər

OpenAI: Sora və Yeni Süni Zəka Modelləri Gəlir
Texnologiya xəbərləri

Art Weekend zamanı “Suyun sirri” pantomim tamaşanı...
Azəri Xəbər

"Fly to Baku. Art Weekend. Sense the Future NOW"un...
Azəri Xəbər



