İdman İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

“Qarabağ” və “Neftçi” heç-heçə edib

Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.


Qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənib. Matç öncəsi və sonrası isə insidentə cəhd göstərən 19 nəfər polis tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bakıda sumo üzrə dünya çempionatı keçirilir

Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçirilir. Bakı İdman Sarayında reallaşan beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparırlar.


Azərbaycan AirBadminton komandası Avropa çempionatında bürünc qazanıb

Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.


Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunub

Oktyabrın 16-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, tədbirdə Prezident İlham Əliyevin müvafiq müraciəti yer alıb.


“Mançester Siti” azarkeşləri Premyer Liqaya etiraz edib

“Mançester Siti” azarkeşləri Premyer Liqanın himnini fitillə qarşılayıb, matçdan sonra isə Fil Foden “Matç Günü” verilişində müsahibə verərkən şişmə banan götürüb. Bu hadisə komandanın “İpsviç”i məğlub edərək turnir cədvəlində altı xal fərqi ilə liderliyini davam etdirdiyi vaxt baş verib.