Mançester Siti rəhbərliyi Premyer Liqa ittihamlarına sərt reaksiya verib
Mançester Sitin baş icraçı direktoru Ferran Soriano digər klub rəhbərlərinə Premyer Liqanın ittihamlarının əksəriyyətində təqsirli bilinməsi ilə bağlı "meydan oxuyan" mesaj göndərib. Bu barədə BBC Sport-a məlumat verilib. O, çərşənbə axşamı keçirilən görüşdə klubun mövqeyini qəti şəkildə müdafiə edib.
Lionel Skaloni Argentina yığması ilə yeni müqaviləyə yaxındır
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni ölkənin futbol assosiasiyası ilə yeni müqavilə imzalamağa yaxındır. İnsayder Nikolo Şiraya istinadən verilən xəbərə görə, 48 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulur.
İngiltərə klubları İbrahim Maza ilə maraqlanır
Almaniyanın "Bayer 04" klubunun futbolçusu İbrahim Maza karyerasını İngiltərədə davam etdirə bilər. "Arsenal" və "Tottenhem" 20 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Məlumata görə, hər iki klubun nümayəndələri Əlcəzair millisinin üzvünü izləyir.
Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıb
Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər. Komanda üzvləri yarışda 16 medal qazanıblar. Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.
"Turan Tovuz" - "Fənərbağça" oyunundan gəlir Qarabağ Dirçəliş Fonduna yönəldiləcək
Qarabağ Dirçəliş Fondu ilə "Turan Tovuz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb. Sənədə əsasən, "Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fondunun bərpasına yönəldiləcək.