İdman İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Azərbaycan millisi Litva ilə səfərdə heç-heçə edib

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib. Kaunas şəhərindəki Darius və Girenas stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə bitib.


İrlandiya futbolçularından İsrailə qarşı etiraz

Macarıstanda keçirilən UEFA Millətlər Liqasının mübahisəli oyunu öncəsi İrlandiya Respublikası və İsrail komandalarının oyunçuları bir-birilə əl sıxmayıblar. Nagyerdei Stadionunun meydançasına çıxdıqdan sonra İrlandiya komandası öz himnini ifa edib. İrlandiya futbolçuları rəqib komandanın milli marşı oxunarkən etiraz əlaməti olaraq yerə baxıb və Qəzzada həyatını itirənlərin xatirəsinə qara qol bağı taxıblar.


Millətlər Liqası: Portuqaliya Norveçi, Yunanıstan Almaniyanı məğlub edib

UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. A, B və D Liqalarında ümumilikdə 8 matç baş tutub. A Liqasında Almaniya millisi Yunanıstana 0:1 hesabı ilə uduzub. Portuqaliya yığması isə Osloda keçirilən görüşdə Norveçi 2:1 hesabı ilə məğlub edib. Qaliblərin heyətində Joau Feliks (17-ci dəqiqə) və Qonsalu Ramuş (54) fərqlənib.


"Mançester Yunayted" Niko Uilyamsı transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya millisinin futbolçusu Niko Uilyamsı heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar" 24 yaşlı vingeri növbəti yay transfer dönəmində "Atletik"dən almaq niyyətindədir. Bu barədə "The Telegraph" məlumat yayıb.


Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Konqresi baş tutub. Konqres zamanı ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər keçirilib və Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib.


Azərbaycan kick-boksçuları dünya çempionatında 42 medal qazanıb

Azərbaycan kick-boksçuları İtaliyada təşkil olunan Gənclər Dünya Kick-Boks Çempionatında 42 medal əldə edib. Kick-Boks Federasiyasının məlumatına görə, yarış başa çatıb və milli idmançılar 6 fərqli kateqoriyada 101 sporçu ilə birgə mübarizə aparıb.